İraqın baş naziri Məhəmməd əl-Sudani Moskvaya səfər etmək və Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir, Reuters məlumatlı mənbələrə istinadən xəbər verir. Məlumata görə, səfər oktyabrın 10-11-nə nəzərdə tutulub.
Agentliyin həmsöhbətləri deyib ki, əl-Sudani oktyabrın 9-da İraqı tərk edəcək. Ertəsi gün o, Putinlə görüşmək və sonra bir sıra işgüzar görüşlər keçirmək istəyir.
İraq Xarici İşlər Nazirliyi sentyabrın sonunda “yaxın bir neçə həftə ərzində” Rusiya paytaxtına səfər edəcəyini açıqlayıb. Departamentdən bildirilib ki, səfərdə siyasət və iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. (Nevs.ru)