İrlandiya hökuməti Fələstini müstəqil dövlət kimi tanıdı. Bu barədə İrlandiyanın Xarici İşlər və Müdafiə naziri Maykl Martin Nazirlər Kabinetinin növbədənkənar iclasının yekunlarına dair açıqlama verib.
“Hökumətin bugünkü qərarı Fələstin Dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, – Martin açıqlamasında bildirib. O qeyd edib ki, Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu səfirliyə yüksəldiləcək. İrlandiyanın Ramallahdakı diplomatik missiyası da öz növbəsində səfirliyə çevriləcək. (Tass)