İrlandiyanın baş naziri Leo Varadkar istefa vermək qərarına gəlib
İrlandiyada baş nazir Leo Varadkar istefa verəcəyini açıqlayıb. Partiya sədrliyindən istefa verdiyini açıqlayan 45 yaşlı siyasətçi xələfi gələn kimi baş nazirlikdən gedəcəyini bəyan edib.
İrlandiyanın baş naziri Leo Varadkar tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.
2017-ci ildən İrlandiyada “Fine Gael” partiyasının lideri olan 45 yaşlı Varadkar paytaxt Dublində verdiyi açıqlamada ölkəsinə rəhbərlik etdiyi dövrü “həyatının ən xoşbəxt dövrü” kimi xarakterizə edib.
İki dəfə İrlandiyanın Baş naziri olmuş Varadkar, vəzifəsini tərk etməsinin səbəblərinin “həm şəxsi, həm də siyasi” olduğunu söylədi.
Partiya liderliyindən istefa verdiyini qeyd edən Varadkar, varisi vəzifəyə gələn kimi baş nazirlikdən də istefa verəcəyini bildirib.
Çıxışı zamanı duyğulanan Varadkar, “7 il vəzifədə qaldıqdan sonra artıq bu işə ən uyğun insan olduğumu düşünmürəm” deyib.
2017-ci ildə İrlandiyanın baş naziri vəzifəsini icra edəndə 38 yaşı olan və ölkəsinin ən gənc baş naziri olan Varadkar istefasından sonra parlament üzvü kimi qalmağa davam edəcək.
(Habertürk)