İsrailin İrana hərbi zərbələri ilə əlaqədar Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının xüsusi iclası bazar ertəsi, iyunun 16-da təşkilatın Vyanadakı mənzil-qərargahında keçiriləcək. Bu barədə İranın İRNA xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, görüş yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə 12:00) nəzərdə tutulub.
Daha əvvəl Reuters agentliyi diplomatlara istinadən xəbər vermişdi ki, xüsusi sessiyanın keçirilməsi tələbi şuranın üzvü olmayan İrandan gəlib, lakin İran tərəfinin çağırışı şuranın bir neçə üzvü tərəfindən dəstəklənib.