Avqust 24, 2025-22:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

İRS jurnalının ərəb dilində yeni nömrəsi işıq üzü görüb

2025:04:18 - 13:04
in MƏDƏNİYYƏT
A A

İRS jurnalın ərəb dilində nəşr olunan 15-ci nömrəsi artıq oxucuların ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi də maraqlı yazılarla oxucuların ixtiyarına verilib. “COP29 konfransı – daha yaxşı kainat üçün birlikdə olaq” sərlövhəli yazıda Bakıda keçirilmiş bu qlobal əhəmiyyətli iqlim tədbiri və onun nəticələri barədə məlumat verilir.

Mərakeşli jurnalist Şueyb Brhaddanın “Azərbaycan – Qafqazın mirvarisi. Mələklər də onu sevir” sərlövhəli məqaləsində müəllifin ölkəmizə səfərindən xoş təəssüratları, Bakının tarixi məkanları barədə məlumatlar təqdim olunur.

Misirli tədqiqatçı Əhməd Adboh Tarabikin “Şuşa – Qafqazda mədəniyyətin beşiyi” adlı məqaləsində Azərbaycanın məğrur qalası Şuşanın tarixinə qısa “səyahət” edilir, şəhərin İslam dünyasının mədəniyyət paytaxtı kimi əhəmiyyətindən danışılır.

“ICESCO və Azərbaycan: mükəmməl tərəfdaşlıq nümunəsi” adlı məqalədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlığın müxtəlif istiqamətləri və bu tərəfdaşlığın birgə mədəni və elmi fəaliyyət sahəsində ilhamverici bir nümunəyə çevrilməsi qeyd olunur.

“Azərbaycan – tolerantlıq və sülh içində birgəyaşayış ölkəsi” adlı məqalədə ölkəmizin bu sahədə qlobal nümunəyə çevrildiyi barədə ətraflı şəkildə danışılır.

Beləliklə həmişə olduğu kimi İRS jurnalı Azərbaycanın böyük irsinə dair nadir materiallarla dolu olan yeni sayını xarici oxucu auditoriyasına uğurla təqdim edir.

Əvvəlki Yazı

Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub 

Növbəti Yazı

Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri başa çatıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.