May 10, 2025-0:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İsa Həbibbəyli: “İlham Əliyevin 20 illik möhtəşəm marafonunda qazanılan zəfər tarixə həkk olunub”

2023:10:12 - 12:00
in SİYASƏT
A A
“Prezident İlham Əliyevin 20 illik möhtəşəm marafonunda Vətən müharibəsi zamanı qazanılan zəfər böyük əhəmiyyətə malik olan hərbi-siyasi hadisə kimi Azərbaycan tarixinə həkk olunub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

Akademik bildirib ki, 44 günlük müharibə ilə xalqımız 30 illik işğal dövründən azad oldu, birgünlük antiterror tədbirləri ilə ölkəmiz tam suverenlik əldə etdi: “Bu, dövlət başçısı İlham Əliyevin xalq və dövlət qarşısındakı müqəddəs missiyasıdır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun lideri, ilk növbədə, həm doğma xalqı, həm də beynəlxalq ictimaiyyət tərəfindən XXI əsrin liderlərindən biri kimi qəbul edilir. Bu, bizim üçün böyük iftixardır”.

İ.Həbibbəyli vurğulayıb ki, dünyada inkişaf templərinə görə Azərbaycanla müqayisə ediləcək ölkələr barmaqla sayılacaq qədərdir: “Azərbaycanda bütün sahələr üzrə davamlı inkişaf gedir. Ölkəmizdə istər elm, istər təhsil, istər mədəniyyət və ziyalılıq İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə özünəməxsus şərəfli yol keçib. Hesab edirəm ki, dövlət başçısının adı ilə bağlı olan bu 20 il 2023-cü il “Heydər Əliyev İli”nə ən böyük hesabatdır”.

Qeyd edək ki, parlamentin bugünkü xüsusi iclasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul ediləcək.

Əvvəlki Yazı

Naxçıvanda növbəti əmək yarmarkası keçirilir

Növbəti Yazı

Azərbaycanın milli mədəniyyətini Ukraynada tanıdan qadın soydaşımız – REPORTAJ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.