İslahatçı namizəd Məsud Pezeşkian İranda seçkilərin ikinci turu öncəsi prezident seçkilərində qalib gəlmək üçün favorit olaraq qalır. Bunu İranın Şenaaxt analitik mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticələri sübut edir.
1 min iranlının iştirak etdiyi sorğunun nəticələrinə görə, respondentlərin 42%-i mütləq səsvermədə iştirak edəcək. Onların arasında respondentlərin 52 faizi Pezeşkiyana, 48 faizi isə onun mühafizəkar düşərgədən olan rəqibi Səid Cəliliyə səs verməyə hazırdır. Sorğuda iştirak edən vətəndaşların ümumi sayının 15%-nin hələlik heç bir namizədə üstünlük vermədiyi, 17%-nin isə qarşıdakı səsvermədə iştirak edəcəyinə şübhə etdiyi qeyd edilir. (Tass)