İsrailin Qəzzaya hücumları davam edərkən, soyqırımı dayandırmaq üçün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısı keçirilib. Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi sammitdə Qəzzada son vəziyyət müzakirə edilib.
Qəzzanın gündəliyi ilə çağırılan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında 11 ərəb ölkəsi Altı günlük müharibənin baş verdiyi 1967-ci ildə olduğu kimi İsrailə qarşı geniş embarqo tətbiq etməyi təklif edib. BƏƏ, Səudiyyə Ərəbistanı, Mərakeş və Bəhreyn neftdən istifadə, İsrail təyyarələrinin ərəb hava məkanına girə bilməməsi və bütün əlaqələrin dondurulması kimi maddələrin yer aldığı təklifi rədd edib. 1967-ci ildə ərəb ölkələri İsraili dəstəklədikləri üçün Qərb dövlətlərinə neft embarqosu tətbiq ediblər.