Qəzza zolağına daxil olan İsrail hərbçiləri yaşayış fondunun əhəmiyyətli bir hissəsini məhv edib və onlar zirehli maşınlarını tərk etdikdə küçə döyüşləri ilə üzləşəcəklər. Bu sözləri Beyrutda keçirdiyi mətbuat konfransında radikal İslami Cihad qruplaşmasının baş katibinin müavini Məhəmməd əl-Hindi deyib.
“İsrail ordusu Qəzza şəhərində tanklardan atəş açır, lakin zirehli maşınlardan çıxan kimi onları küçə döyüşləri və itkilər gözləyir”, – deyə “Al Mayadeen” telekanalı onun sözlərindən sitat gətirib: “Son 35 gün davam edən qarşıdurma Fələstinlilərin anklavı zəbt edən işğalçı qüvvələrə qarşı müqavimət göstərməyə davam edə biləcəklərini” göstərdi.
“İsrail təkcə məktəbləri, xəstəxanaları və məscidləri bombalamır, Qəzzada xalqımıza qarşı aclıq silahından istifadə edir, çörəkxanalara, su təchizatı sisteminə hücum edir, günəş panellərini sıradan çıxarır”, – deyə əl-Hindi vurğulayıb. Onun sözlərinə görə, “bütün bunlar Amerika və Qərbin pərdəsindən istifadə edərək Fələstin sakinlərini Qəzzadan sıxışdırıb çıxarmaq üçün edilir”.
İslami Cihad baş katibinin müavini deyib: “İkinci Dünya Müharibəsinin bitməsindən sonra belə hallara rast gəlmədiyimiz cinayət törədilir. (Tass)