İslami Cihad Hərəkatı qardaş Yəmənə güclü dəstəyini ifadə edərək, ərəb və İslam xalqlarını həmrəylik nümayiş etdirməyə çağırıb. Təşkilatın müvafiq bəyanatını Livanın Al Mayadeen telekanalı yayıb.
Bəyanatda deyilir: “Amerika və Böyük Britaniyanın qardaş Yəmənə təcavüzünü qəti şəkildə pisləyirik. Yəmənin nəcib və cəsarətli mövqeyini alqışlayırıq və ərəb və İslam xalqlarını həmrəylik nümayiş etdirməyə çağırırıq”.
ABŞ və Böyük Britaniya silahlı qüvvələri cümə günü, yanvarın 12-də Yəməndə üsyançı Ənsar Allah (Husi) hərəkatına qarşı hərbi əməliyyata başlayıb. Hudeydə liman şəhərinin ətrafı, eləcə də Səna, Əl-Hodeyda, Saada və Damar əyalətləri fəal şəkildə atəşə tutulub. (Tass)