Fələstin İslami Cihad təşkilatının nümayəndələri Qəzza zolağı ilə bağlı danışıqlarda iştirak etmək üçün Dohaya gəliblər. Müvafiq bəyanat radikalların Telegram-kanalında dərc olunub.
“İslami Cihaddan yüksək səviyyəli nümayəndə heyəti Qəzzadakı mövcud hadisələrlə bağlı danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya gəlib”, – deyə məlumatda bildirilir. Nümayəndə heyətinin tərkibi barədə məlumat verilməyib. (Tass)