Radikal Fələstin İslami Cihad hərəkatının silahlı qanadı olan Saraya əl-Qüds qruplaşması Qəzza zolağının Əz-Zeytun bölgəsi yaxınlığında İsrail hərbçiləri ilə toqquşmaların baş verdiyini açıqlayıb.
Qrupun Telegram kanalında yerləşdirilmiş mesajlara görə, döyüşlər şiddətli gedir və Saraya əl-Qüds düşməni cilovlamaq üçün cəhdlər edir.
Oktyabrın 27-də İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib ki, yəhudi dövləti Qəzza zolağında quru hərbi əməliyyatlarının miqyasını genişləndirir. (Tass)