İngiltərənin “The Guardian” qəzetinin yazdığına görə, Qrindavik qəsəbəsində baş verən zəlzələlər bölgədə iki çatın yaranmasına səbəb olub.
100 metr hündürlüyə püskürən lava, Qrindavik şəhərini lavadan qorumaq üçün tikilmiş divarı yarıb.
Yaşayış məntəqələrinə çatan lavanın səbəb olduğu yanğında ən azı 3 evi alov bürüyüb.
İslandiya Prezidenti Gudni Th. Yohannesson bildirib ki, uzun müddət yatmış vulkanik sistem oyanıb və Reykjanes yarımadasında “qorxunc bir qarışıqlıq dövrü başlayıb”.
Geofizik Maqnus Tumi Qudmundsson püskürmələrin əhəmiyyətli dərəcədə azaldığını, lakin onların nə vaxt bitəcəyini söyləmək mümkün olmadığını bildirib. (TRT Haber)