İspaniyanın baş naziri Sançes Misirin Rəfah Sərhəd Qapısında verdiyi açıqlamada, “Aİ Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək” deyib.
Sançes Qüdsdə ayrı-ayrılıqda görüşdüyü İsrail prezidenti İsaak Herzoq və baş nazir Benyamin Netanyahuya “İsrailin özünü müdafiə hüququna Qəzzada minlərlə uşaq da daxil olmaqla günahsız mülki əhalinin öldürülməsi daxil deyil” deyə bildirib.
Belçikanın baş naziri De Kroo da İsrailə səfər edib Netanyahuyu ilə görüşdükdən sonra o, daha 10 min insanın ölməsini istəmədiklərini və “İsrail mülki itkilərin qarşısını almaq üçün daha çox şey etməlidir” deyib. (TRT Haber)