İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomez ona qarşı istintaq başlatan Madrid hakimindən şikayət edib. Bu barədə EFE agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, baş nazirin arvadı hesab edir ki, hakim Xuan Karlos Peinado “özbaşına və açıq-aşkar ədalətsiz” qərarlar verib. Bununla bağlı Qomez onu vəzifə səlahiyyətlərindən sui-istifadədə və istintaq sirrini pozmaqda ittiham edir. Bundan əvvəl İspaniyanın baş naziri də Peinadodan şikayət etmişdi. (Tass)