İspaniya baş nazirinin müavini, solçu “Sumar” koalisiyasının yaradıcısı Yolanda Diaz hesab edir ki, beynəlxalq hüququn pozulması İsrailin baş naziri Binyamin Netanyahunun “rejimi”nin mövcudluq yoludur.
Koalisiya olan İspaniya hökumətinə İspaniya Sosialist İşçi Partiyasının (PSOE) lideri Pedro Sançes başçılıq edir. Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə də PSOE-nin nümayəndələri rəhbərlik edirlər. “Cənubda, soyqırım. Şimalda, yer işğalı,” Diaz X (keçmiş Twitter) səhidəsində yazıb. “Beynəlxalq hüququn pozulması Netanyahu rejiminin dünyada mövcud olmasıdır.” “Beynəlxalq ictimaiyyət maksimum sanksiyalarla cavab verməlidir”, – deyə siyasətçi yekunlaşdırıb.
Öz növbəsində, İspaniyanın solçu Podemos (Biz bacarırıq) partiyasının baş katibi İone Belarra X-də İspaniyanın baş nazirinin “bu vəhşiliyi dayandırmaq” üçün konkret tədbirlər görməməsindən təəssüfləndiyini bildirdi. (Tass)