İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İsraildən krallığın 200-dən çox vətəndaşını, eləcə də digər ölkələrin vətəndaşlarını gətirib. Bu barədə İspaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
“Bu səhər Hərbi Hava Qüvvələrinə məxsus ilk A330 təyyarəsi İsraildən təxliyə edilmiş 200-dən çox ispan, AB vətəndaşı və İspaniyada yaşayan üçüncü ölkə vətəndaşı ilə Torrejon de Ardoz aviabazasına gəlib”. Departament həmçinin aydınlaşdırıb ki, uçuşları ləğv edilmiş qalan ispanları çıxarmaq üçün gün ərzində Madriddən Təl-Əvivə başqa bir təyyarənin uçması gözlənilir.
Bundan əvvəl İspaniyanın İsraildən ümumilikdə 500-ə yaxın insanı təxliyə etməyi planlaşdırdığı bildirilirdi. (Tass)