İspaniya Slovakiyadakı bazada NATO-nun səkkiz ölkəsindən 1500-dən çox əsgərdən ibarət döyüş qrupunun komandanlığını öz üzərinə götürdü. Bu barədə EFE agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, missiya alyansın şərq cinahında çəkindirmənin gücləndirilməsi strategiyasının bir hissəsidir. Qrupa İspaniyadan 750-dən çox hərbçi cəlb olunub. Söhbət Slovakiyada daimi olaraq qalacaq Krallığın xaricdəki ən böyük kontingentindən gedir.
Missiyaya İspaniyadan başqa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, ABŞ, Türkiyə və Çexiyadan olan nümayəndələr daxildir.
İber krallığı 2024-cü ilin yanvarında öz hərbi və texnikasını respublikada mərhələli şəkildə yerləşdirməyə başlayıb. (Tass)