İspaniya hökuməti Ukrayna və Yaxın Şərqdəki münaqişələrin nəticələrini aradan qaldırmaq üçün bir sıra tədbirləri uzadıb. Krallığın Nazirlər Kabineti bu barədə X-də (keçmiş Twitter) məlumat verib.
İspaniya Baş nazirinin müavini Mariya Xesus Monteronun deyib ki, söhbət bəzi ərzaq məhsulları üzrə ƏDV-nin, eləcə də fiziki şəxslərin gəlir vergisinin azaldılması qərarından gedir.
Xüsusilə, tədbirlər zeytun yağının əlavə dəyər vergisinin 0%-ə endirilməsini nəzərdə tutur. 2021-ci ilin yanvar ayından bu məhsulun qiyməti təxminən 200% artıb. (Tass)