İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb. Bu barədə aprelin 29-da El Pais qəzeti məlumat yayıb.
Məqalədə deyilir: “Bu bazar ertəsi (28 aprel.) ən azı beş nəfər irimiqyaslı elektrik kəsilməsi ilə bağlı üç müxtəlif səbəbə görə öldü”.
Ourense prefekturasının Taboadela şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənərək ölüb. İlkin ehtimala görə, səbəb generatorun və ya digər yanacaq qurğusunun nasazlığı olub.
Valensiya əyalətində yerləşən Alzira şəhərinin sakini oksigen aparatının işləməməsi nəticəsində dünyasını dəyişib. Madridin cənubundakı Karabançeldə evdə baş verən yanğında daha bir qadın da ölüb. Yanğına şamın səbəb ola biləcəyi dəqiqləşdirilir. Nəticədə daha 13 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.
Öz növbəsində, Kataloniyada yanğınsöndürənlər ən azı doqquz çağırışa cavab veriblər və itkilər barədə məlumat verilməyib. Polis əməkdaşları yerli sakinlərin ölüm faktını araşdırır. (İzvstia)