Geniş miqyasda elektrik enerjisinin kəsilməsi fonunda İspaniyada fövqəladə vəziyyət elan edilib. Bu barədə aprelin 28-də ölkənin Daxili İşlər Nazirliyinə istinadən Reuters agentliyi məlumat yayıb.
Məqalədə deyilir: “İspaniyanın Daxili İşlər Nazirliyi ölkə daxilində elektrik enerjisinin verilişində fasilələr yarandıqdan sonra ölkədə fövqəladə vəziyyət elan edib.
Nəşrin məlumatına görə, fövqəladə vəziyyət statusu tələb edən bölgələrdə tətbiq olunacaq. Eyni zamanda, Madrid, Andalusiya və Ekstremadura indiyədək hökumətdən ictimai asayişin qorunması üçün məsuliyyəti öz üzərinə götürməyi xahiş ediblər.