İspaniyanın baş naziri Pedro Sançes sanksiyalar tətbiq edilən Rusiya və assosiasiya sazişi hələ də dayandırılmamış İsrailə münasibətdə Aİ-də ikili standartları mənasız adlandırıb.
“Bu gün [Avropa Şurasının iclasında] Avropanın İsraillə assosiasiya sazişini dayandırması və [bu, dərhal edilməlidir] ideyasını müdafiə edəcəyəm”, – Baş nazir Aİ sammitinə gələrkən qeyd edib. Onun sözlərinə görə, Rusiyaya qarşı 18 sanksiya paketinin tətbiq edilməsinin “məntiqi yoxdur” və eyni zamanda, “İsrail insan hüquqlarına hörmətlə bağlı [Aİ ilə assosiativ sazişin] 2-ci maddəsini kobud şəkildə pozduğu halda, Avropa ikili standarta riayət edərək, assosiativ sazişi dayandırmağa belə qadir deyil”.
Madrid bundan əvvəl də Avropanın yəhudi dövlətinə silah embarqosu və iki dövlətli həllə mane olanlara qarşı fərdi sanksiyalar tətbiq etməyə çağırıb.