İspaniyanın iki partiyası baş nazir Pedro Sançes və üç nazirdən elektrik enerjisinin kütləvi kəsilməsi və onların nəticələri barədə parlamentə məlumat vermələrini xahiş edir. Bu barədə El País qəzeti məlumat yayıb.
Onun məlumatına görə, Qalisiya Millətçi Bloku və Kataloniyanın Sol Respublikaçıları müvafiq sorğuların Deputatlar Konqresində (parlamentin aşağı palatası) qeydə alınması barədə qərar qəbul ediblər. Sançeslə yanaşı, onlar Baş nazirin müavini Yolanda Diaz, Ekoloji Keçid Naziri Sara Aagen, Nəqliyyat və Daxili İşlər Nazirləri Oskar Puente və Fernando Qrande-Marlaskanın da çıxışında israrlıdırlar. (Tass)