İspaniyanın müdafiə naziri Marqarita Robles deyir ki, Rusiyanın “qısa və ya ortamüddətli perspektivdə” NATO ölkələrindən birinə hücum etmək qərarına gəlməsi ilə bağlı “real risk” var.
“Bizim [Avropada] hamımıza aydın olan odur ki, biz Ukraynaya kömək etmək üçün birlikdə işləməyə davam edəcəyik”, – EFE agentliyi departament rəhbərinin sözlərindən sitat gətirir . Nazirin sözlərinə görə, vəziyyət “həqiqətən çox narahatedicidir” və buna Avropanın “böyük problem” kimi baxdığı ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması ehtimalı da əlavə olunur.
Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona fevralın 9-na keçən gecə dərc olunmuş müsahibəsində deyib ki, NATO rəhbərliyi öz ölkələrinin əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxutmağa çalışır, lakin analitiklər, real siyasətlə məşğul olanlar, sadəcə ağıllı insanlar bunun saxta olduğunu başa düşürlər. (Tass)