Pakistan qüvvələri İsraildə istehsal olunan 25 Hindistanın “Harop” PUA-sını vurub. Bu barədə Pakistan Ordusunun Xidmətlərarası İctimai Əlaqələr (ISPR) məlumat yayıb.
“Pakistan Silahlı Qüvvələri indiyədək həm yumşaq (texniki) həm də sərt (silah) cavab tədbirləri ilə İsrailə məxsus 25 Harop pilotsuz təyyarəsini vurub”, – ISPR bəyanatında deyilir. “Mayın 7-nə keçən gecə Hindistanın 5 müasir döyüş təyyarəsi, bir neçə pilotsuz təyyarə və zastavasının [Pakistan təhlükəsizlik qüvvələri tərəfindən] məhv edilməsi ilə nəticələnən, əhəmiyyətli hərbi itkilərə səbəb olan qorxaqcasına hücumundan sonra panika və çarəsizlik içində olan Hindistan İsrailə məxsus “Harop” pilotsuz təyyarələrini Pakistana göndərir”. (Tass)