İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda şiə Hizbullah milislərinin döyüşçülərini daşıyan yük maşınına raket zərbəsi endirib.
Al Jadeed telekanalının verdiyi məlumata görə , hava hücumu sərhəddə yerləşən Bint-Cbeil bölgəsindəki Şakra kəndi yaxınlığındakı magistral yola endirilib. Avtomobildə olan döyüşçülərdən biri həlak olub, digəri isə yaralanıb.
İyulun 22-də Şeyxin bölgəsində İsrailin aviazərbəsi nəticəsində Livanın Suriya Sosial Millətçi Partiyasının (SSNP) silahlı qüvvələrinin səhra komandiri məhv edilib. SSNP Hizbullahın müttəfiqidir və İsrailə qarşı hərbi əməliyyatlarda iştirak edir. (Tass)