Qəzza zolağından İsrailə güclü raket atılması nəticəsində ən azı 5 nəfər ölüb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə “Times of Israel” qəzeti yazıb.
Qəzet qeyd edib ki, raket hücumları nəticəsində 118 israilli yaralanıb ölkənin cənubunda və mərkəzində üç xəstəxanaya aparılıb. Dörd nəfərin öldüyü və 120-yə yaxın yaralının olduğu bildirilir. 20 dəqiqə ərzində əməliyyat zamanı 5000-dən çox raket atılıb.
KİV-in məlumatına görə, HƏMAS hərəkatı məqsədi Fələstin dövlətinin yaradılması olan Əl-Əqsa tufanı əməliyyatının başladığını elan edib. İsrail buna cavab olaraq Qəzza zolağında hərbi əməliyyata başladığını və ehtiyatda olan hərbçilərin təcili toplandığını elan edib. Ölkənin müdafiə naziri bildirib ki, HƏMAS hərəkatı onun ölkəsinə müharibə elan edib.