İsrail ordusu Livan sərhədi yaxınlığındakı Cəlil Qarbi bölgəsində əsgərlərinin səhvən öz əsgərlərinə atəş açması nəticəsində 4 nəfərin yaralandığını açıqlayıb.
İsrailin rəsmi xəbər agentliyi KAN-ın verdiyi xəbərə görə, Cəlil Qarbi yaxınlığındakı yəhudi qəsəbəsində xidmət edən İsrail qüvvələri nəzarət məntəqəsinə sürətlə yaxınlaşan avtomobilə atəş açıb.
Sonradan məlum olub ki, hərbi maşının içərisində olan şəxslər İsrail ordusunun əsgərləridir. Yüngül yaralanan İsrail əsgərləri müalicə üçün xəstəxanaya aparılıb. (TRT Haber)