İsrail Qəzza zolağında altı girovun ölümünə görə bütün məsuliyyəti Fələstinin radikal HƏMAS hərəkatının üzərinə qoyur və sərt cavab vermək niyyətindədir. Bunu yəhudi dövlətinin Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz deyib.
“Həmas terror təşkilatı qorxu səpmək və İsrail cəmiyyətini parçalamağa çalışmaq üçün altı girovu vəhşicəsinə edam edib. İsrail bu iyrənc cinayətə bütün gücü ilə cavab verəcək. HƏMAS buna görə məsuliyyət daşıyır və bunun əvəzini tam ödəyəcək”, – o, X (əvvəlki Twitter adı ilə) yazıb. (Tass)