İsrail Xarici İşlər Nazirliyi beynəlxalq insan haqları təşkilatı Amnesty International-ın yəhudi dövlətini Qəzza zolağında Fələstin xalqına qarşı qəsdən soyqırımı törətməkdə ittiham edən hesabatını “tamamilə yalan” və “yalanlara əsaslanan” adlandırıb.
İsrail Xarici İşlər Nazirliyi insan haqları müdafiəçilərinin iddialarına rəsmi cavabında bildirib ki, “Mənfi və fanatik Amnesty International təşkilatı növbəti dəfə tamamilə yalan və yalana əsaslanan uydurma hesabat hazırlayıb”. “2023-cü il oktyabrın 7-də HƏMAS terror təşkilatı İsrail vətəndaşlarına qarşı soyqırım aktı təşkil edən qətliam törədib. Xarici İşlər Nazirliyi “İsrailin beynəlxalq hüquqa tam uyğun hərəkət edərək, özünü bu hücumlardan qoruduğunu” vurğulayıb. (Tass)