İsrail ordusunun artilleriyası şiə Hizbullah partiyasının silahlı qanadının silahlılarının hücumlarına cavab olaraq Livanın sərhəd rayonlarını atəşə tutur. Al Wataniya agentliyinin verdiyi məlumata görə , düşmən Ayn əl-Əzraq bölgəsində məskunlaşan ərazilərin kənarına toplardan ən azı 30 mərmi atıb.
Tair Harfa, Cibbin, Almat əş-Şaab, Umm əl-Tut, Şeyxin və Əd-Duheyra kəndlərində atəş açılıb. Dəymiş maddi ziyan barədə məlumat daxil olub, mülki şəxslər arasında itki yoxdur.
Bundan əvvəl şiə dəstəsi Əl-Bayadda İsrail ordusunun mövqelərini minaatanlardan atəşə tutub. Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr raketlərin atıldığı Əl-Lyabbon yüksəkliklərinə və Blida kəndinə hücum edib.
“The Times of Israel” in məlumatına görə , noyabrın 12-də Hizbullahın ölkənin şimalında yəhudilərin yaşadığı Dovev qəsəbəsinə raket hücumu nəticəsində 17 mülki şəxs yaralanıb. Livanın cənubunda isə həmin gün Yaroun kəndinin 3 sakini yaralanıb. (Tass)