Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı mübarizədə bütün Avropa yəhudi dövlətinə qoşulmalıdır. Bunu İsrailə səfərə gələn Aİ diplomatiyasının rəhbəri Xosep Borrellə görüşündən sonra İsrailin xarici işlər naziri Eli Koen deyib.
“Avropa və bütün dünya Qəzzanı HƏMAS-dan azad etmək üçün birləşməlidir”, Koen X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
O, Borrelllə Qəzza zolağı ilə sərhəddə yerləşən Kibbutz Beeriyə baş çəkdiklərini, burada yerli sakinlər və İsrail ordusunun nümayəndələri ilə söhbət etdiklərini bildirib. “Biz ona 7 oktyabr qətliamının dəhşətlərini danışdıq”, – deyə israilli nazir qeyd edib.(Tass)