İsrail Ordusundan verilən məlumata görə, Baş Qərargah rəisi Herzi Halevi işğal altındakı İordan çayının qərb sahilinə səfəri zamanı ölkəsinin Qəzzaya hücumlarından danışıb.
2024-cü ilin “çətinlikli” olacağını bildirən Halevi, “Qəzzada müharibə edəcəyik. Bütün il Qəzzada döyüşəcəyik, bu, qətidir” deyib.
Halevi, İsrailin şimalındakı köçkünlərin geri qayıtmasına cavabdeh olan ordunun bu vəzifəni “Hizbullaha təzyiq edərək” həyata keçirəcəyini, əks halda “yeni bir müharibəyə səbəb olacağını” bildirib. (TRT Haber)