İsrail hökuməti ABŞ prezidenti Co Baydenin səfəri zamanı hərbçilərə Qəzza zolağına zərbələr endirməyi qadağan edib. Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Eyni zamanda, onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri reaktiv yaylım atəşi sistemlərinə və HƏMAS terrorçularına hücum etmək məcburiyyətində qalarsa, bu hərəkətlər hakimiyyət tərəfindən qadağan edilməyəcək. (Tass)