Bir həftə ərzində İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 50-dən çox adamı saxlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, axtarışda olan şəxslərin həbsi İordan çayının qərb sahilində həyata keçirilib. Terrorla mübarizə zamanı çoxlu sayda silah-sursat da aşkar edilərək götürülüb.
Saxlanılan və götürülən bütün silahlar əlavə araşdırma aparılması üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib. (Tass)