İsrail ordusunun sözçüsü podpolkovnik Conatan Konrikus dünya təşkilatında akkreditə olunmuş ACANU jurnalistləri ilə keçirdiyi brifinqdə bildirib ki, İsrail humanitar təşkilatların və BMT-nin tələblərinə baxmayaraq, Qəzza zolağına yanacaq verməkdən imtina edib. Onun RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Təl-Əviv yanacağın HƏMAS-ın əlinə keçəcəyindən ehtiyat edir.
Biz Qəzzaya yanacaq verilməsinə icazə verməyəcəyik və heç nə bizi buna məcbur etmir. Biz HƏMAS-ın bundan bizə qarşı istifadə etməsini istəmirik ” deyib.