İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilinin Cenin şəhərində üçüncü gündür davam edən antiterror əməliyyatı zamanı 10 silahlı fələstinli radikalı öldürüb, 20 şübhəlini saxlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Cenində son 72 saat ərzində təhlükəsizlik qüvvələri 10 terrorçunu öldürüb, axtarışda olan 20-yə yaxın şəxsi saxlayıb, külli miqdarda digər silah və sursat müsadirə edilib”, – deyə məlumatda bildirilir. Bundan əlavə, “xüsusi təyinatlı dəstələr partlayıcı maddələrin istehsalı üçün laboratoriya aşkar edərək məhv ediblər”, – mətbuat xidməti əlavə edib. İsrail ordusu qeyd edib ki, “onlar bütün Yəhudeya və Samariyada terrorizmi yatırmaq üçün fəaliyyətini davam etdirəcəklər.
Yanvarın 21-də İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərinin “Dəmir Divar” adlanan ərazisində genişmiqyaslı antiterror əməliyyatına başladığını bildirdi. (Tass)