Colan təpələrindəki druzların Məcdəl Şəms kəndinə raket hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb.
Bu barədə İsrailin təcili yardım xidməti Magen David Adom (Davidin Qırmızı Qalxanı) məlumat yayıb.
Onun mətbuat xidmətinin məlumatına görə, daha 19 nəfər xəsarət alıb: 6 nəfər ağır, 3 nəfər orta dərəcəli, 10 nəfər isə yüngül xəsarət alıb. (Tass)