Oktyabrın 28-də İsrail dərman, qida və içməli su daşıyan yük maşınlarını Qəzza zolağına buraxacaq. Bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.
“İsrail şənbə günü ərzaq, su və dərman olan yük maşınlarının Qəzza zolağına gəlməsinə icazə verəcək”, – o deyib. (Tass)