İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşq yaxınlığındakı bir neçə hərbi obyektə raket zərbələri endirib. Bu barədə Naharnet xəbər portalı məlumat yayıb.
Onun sözlərinə görə, İsrail təyyarələri Suriya paytaxtının qərbindəki əl-Qələmun dağlıq ərazisində yerləşən Tell Mnin və Khfeir bölgələrində Suriya hərbi düşərgələrinə hücum edib.
Şahidlər partlayışların baş verdiyini və partlayış yerindən tüstü sütunlarının qalxdığını bildiriblər. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Portalın məlumatına görə, dekabrın 8-də Dəməşqdə yeni hökumət hakimiyyətə gələndən bəri İsrail 13 əyalətdə hədəflərə 400-dən çox hava hücumu həyata keçirib.
Son 24 saat ərzində hərbi infrastrukturdan əlavə 28 reyd qeydə alınıb, Dəməşq yaxınlığındakı Barzedə bir tədqiqat institutuna və tökmə zavoduna zərbələr endirilib.