Fələstin-İsrail münaqişəsi fonunda İsrail diplomatları tezliklə Türkiyəni tərk edəcəklər.
Bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
İsrail region ölkələrindən, o cümlədən Türkiyədən səfir və diplomatlarını geri çağırıb. Qərar təhlükəsizlik baxımından qəbul edilib.
Son günlər bir neçə böyük şəhərdə – Ankara, İstanbul və Adanada Fələstinə dəstək aksiyaları keçirilib. Onlar tez-tez İsrail əleyhinə şüarlar səsləndirirdilər. (Tass)