İsrail Qəzzaya qurudan hücuma hazırlaşır. İsraildə baş nazir Benyamin Netanyahu və ABŞ prezidenti Co Baydenin iştirakı ilə müharibə kabineti toplanıb.
Dövlət televiziyası görüşün təfərrüatlarını paylaşıb. O, İsrail ordusunun Qəzzaya qurudan hücuma hazırlıqlarını tamamladığını açıqlayıb. Quru hücumunun müharibənin ikinci mərhələsi olacağı qeyd edilib.
İsrailin Kanal 12 televiziyasında da bildirilib ki, Döyüş Nazirləri Kabineti Baydenə “Qəzzəyə qurudan hücumdan qaçış yoxdur” deyib.
Baydenin ABŞ-ın qurudan hücuma dəstək verəcəyinə söz verdiyi bildirilib. (TRT Haber)