İsrailin müdafiə naziri Yoav Qalant Fransanın Livan-İsrail sərhədində gərginliyin azaldılması üzrə danışıqlar üçün ABŞ-ın iştirakı ilə üçtərəfli format ideyasını rədd edib.
“Biz xalqımızı qorumaq üçün ədalətli müharibə apararkən, Fransa İsrailə qarşı düşmənçilik siyasəti yürüdür”, – o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
İyunun 13-də Fransa prezidenti Emmanuel Makron G7 sammitində bildirib ki, Paris və Vaşinqton Livan-İsrail sərhədində deeskalasiya planını həyata keçirmək üçün öz ölkələrinin və İsrailin iştirakı ilə üçtərəfli formatın yaradılması imkanları barədə razılığa gəliblər. Onun sözlərinə görə, Fransa Livan hakimiyyəti ilə bu formatda danışıqları müzakirə etmək niyyətindədir. (Tass)