İsrail girovların qaytarılması və HƏMAS-ın Fələstin anklavı üzərində nəzarətdən imtinası müqabilində radikal Həmas hərəkatının lideri Yəhya Sinvara Qəzza zolağından təhlükəsiz çıxış təklif edib. Bu barədə İsrailin oğurlanmış və itkin düşmüş şəxslərin işləri üzrə koordinatoru Qal Hirş Bloomberg -ə müsahibəsində bildirib.
“Sinvar, ailəsi və ona qoşulmaq istəyən hər kəs üçün təhlükəsiz çıxış təmin etməyə hazıram. Girovların geri qaytarılmasını istəyirik. Demilitarizasiya və deradikalizasiyanı istəyirik”, – deyən Hirş, “yeni idarəetmə sisteminə” ehtiyac olduğunu bildirib.
İsrail koordinatoru bu təklif barədə gün yarım əvvəl danışdığını, lakin eyni zamanda ona hansı cavabın alındığını deməkdən imtina etdiyini bildirib. “Paralel olaraq mən B, C və D planları üzərində işləyirəm, çünki girovların evə qaytarılması lazımdır”, – Hirş yekunlaşdırıb.
