İsrail ordusunun nümayəndələri HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranda ölümü ilə bağlı CNN-ə açıqlama verməkdən imtina ediblər.
Onlar CNN-ə bildiriblər ki, “xarici mediada gedən xəbərləri şərh etmirlər”.
Daha əvvəl “Tasnim” agentliyi Haniyyənin ölüm xəbərini yayıb. Fələstinin radikal HƏMAS hərəkatı onun İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına İsrailin hücumu nəticəsində öldürüldüyünü bildirib. (Tass)