İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində keçirdiyi əməliyyat zamanı təxminən 1 km uzunluğunda yeraltı tunel aşkarlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı obyektə ətraflı baxış keçirilib, bundan sonra hərbçilər onu dağıdıblar.
Ordunun məlumatına görə, tuneldən Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələrinin üzvləri istifadə edib və “yaşayış binalarının və mülki məkanların yaxınlığında quraşdırılıb”. “Tunelin içərisində HƏMAS terrorçularının uzun müddət qalmaq üçün istifadə etdiyi bir neçə otaq və avadanlıq aşkar edilib”, – deyə məlumatda bildirilir. (Tass)