İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtına növbəti dəfə hücum edib. Bu barədə “Şam” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, bu dəfə Dəməşqə zərbələr İsrail qırıcısı tərəfindən həyata keçirilib və partlayışla nəticələnib.
Öz növbəsində hökumətə məxsus Suriya telekanalı Dəməşqin mərkəzində Suriya Baş Qərargahının yerləşdiyi binanın bombalandığını göstərən kadrlar nümayiş etdirib. Kanal İsrailin zərbəsi nəticəsində ölənlərin olduğunu, lakin onların sayının hələlik məlum olmadığını bildirib.
Çərşənbə günü səhər saatlarında məlum olub ki, Dəməşqin mərkəzində baş verən və Ərəb Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının yerləşdiyi əraziyə İsrailin pilotsuz uçan aparatının zərbəsi ilə törədilən partlayış nəticəsində azı iki nəfər yaralanıb. (Tass)