İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın paytaxtı Dahiya şəhərinin cənub ətrafına, şiə milis Hizbullahın qərargahının yerləşdiyi əraziyə hücum edib. Yerli meriyadakı mənbənin TASS müxbirinə verdiyi məlumata görə, qırıcı təyyarələr Əl-Qaim məscidinin yerləşdiyi əraziyə dörd raket zərbəsi endirib.
“El-Camus yaşayış massivində baş verən partlayışlar nəticəsində xəsarət alanlar olub”, – mənbə bildirib. (Tass)