İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında quru əməliyyatına başlamazdan əvvəl Fələstinin Həmas hərəkatının müqavimət göstərmək qabiliyyətini qırmağa çalışır. Bu barədə onların komandiri general-mayor Tomer Bar bildirib.
“Bizim işimiz quru qoşunlarına deməkdən ibarətdir: “Sizin qarşınıza çıxacaq düşmən əvvəllər bizimlə qarşılaşıb”. Bu o deməkdir ki, hava qüvvələri HƏMAS-ı quru qoşunları daxil olmamışdan yıxıb”, – Jerusalem Post qəzeti onun sözlərini sitat gətirib.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi də öz növbəsində “Qəzzanın sıx məskunlaşdığına” və HƏMAS-ın döyüş əməliyyatları üçün “çox hazırlıqlı” olduğuna diqqət çəkib. “Ancaq biz də hazırlaşırıq” deyib. (Tass)