İsrail Hərbi Hava Qüvvələri Livandakı şiə təşkilatı “Hizbullah”ın daha əvvəl İsrail istiqamətinə mərmi atıldığı hədəflərə yeni hücuma keçib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Şomera istiqamətində atış qeydə alınıb”, – bəyanatda deyilir.
“Bir müddət əvvəl İsrail ordusuna məxsus döyüş təyyarələri Livanda “Hizbullah” terror təşkilatına məxsus terror infrastrukturu və hərbi komplekslərinə hücum edib”, – deyə ordu əlavə edib. (Tass)